Cənubun ənənəvi yeməkləri və milli mətbəxindən başqa, Avropa və Türkiyə mətbəxinin məşhur yeməklərinin dadından həzz alacaqsınız. Hotelin daxilində fəaliyyət göstərən restoranımız qonaqları ilə yanaşı əhaliyə də xidmət göstərir. Restoranda toy, nişan və özəl tədbirlərin keçirilməsi üçün hər bir şərait yaradılmışdır.

Restoran

Təmtəraqlı dizayn olunmuş və 300 nəfərə xidmət göstərmək tutumu olan restoranımız saat 07:00 – dan 00:00 – a qədər fəaliyyət göstərir. Ən son texnologiya ilə işıq və səs sistemi restoranda istənilən tədbirin keçirilməsinə imkan verir. Restoranda həm ümumi zal və həm də VİP otaqlar mövcuddur.

Restoranda müxtəlif növ isti və soyuq yeməklər, içkilər və desertlər təklif olunur. 

Hər gün canlı musiqi və  peşəkar fortepiano ifası mövcuddur.